AZ

“Qələbə qazansaq, hər şeyə aydınlıq gələcək”

Misli premyer-liqasının 32-ci turunda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq.

Bugünkü oyun ərəfəsində gəncəlilərin müdafiəcisi Vüsal Məsimovla danışdıq.

– Bu oyun sizin ücün nə qədər önəmlidi?
– Bizim ücün hər oyun vacib ve pirinsipialdı. Hər oyuna eyni fikirlə cıxırıq.

– Qələbə qazansaz, bu həm də sizin “Qəbələ”dən güclü olmaqınızın göstəricisidimi?
– Ağır oyun olacağını bilirik. Qələbə qazansaq, artıq hər şeyə aydınlıq gələcək. Komanda meydana qələbə ücün cıxacaq, ümid edirik ki, istədiyimiz nəticəni alacağıq.

– Rəqibin indiki durumununecə qiymətləndirirsiz?
– “Qəbələ” istər əvvəl, istərsə də indi - həmişə yaxşı komanda olub. Həmişə nəticə qazanan və yaxşı oynayan komanda olub, güclü rəqibə qarşı oynayacağımızı bilirik.

– Rəqibdən hansı cəhətdə üstünsüz?
– Bir-iki komandanı çıxsaq, Azərbaycanda bir-birindən çox üstün rəqib yoxdu. Hər oyunda rəqibdən üstün oynamaqada çalışırıq. Məşqcimizhər oyunda dominant futbol oynamağı tapşırır.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla