AZ

“Sumqayıt” azarkeşlərə müraciət etdi

Misli Premyer Liqasının 32-ci turunda Mehdi Hüseynzadə stadionunda keçiriləcək "Sumqayıt" - Qarabağ" oyunundan öncə "kimyaçılar" azarkeşlərə müraciət edib.

Offsideplus.az klubun yaydığı açıqlamanı təqdim edir: 

"Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına azarkeş marağının kifayət qədər böyük olduğundan arenanın tam dolacağı gözlənilir. Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız. Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Anlayışınız üçün təşəkkür edirik!"

Seçilən
77
15
Mənbələr
Şərh ()
Bağla