AZ

Qəzzada ölənlərin sayı 34,5 minə çatır


İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 minə yaxınlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Bazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı artaraq 34 min 454 nəfərə çatıb, daha 77 min 575 nəfər yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, son 24 saat ərzində Qəzzada 66 nəfər ölüb, daha 138 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilib və İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və hazırda da davam edir.
Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla