AZ

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

On

Ankara, 28 aprel, AZƏRTAC

19-cu İstanbul yarımmarafonunun kişilər arasında qalibi mərakeşli Hiçam Amqhar, qadınlar arasında isə keniyalı Şeyla Çelanqat olub.

AZƏRTAC xəbər verir ki, türk meqapolisindəki yarımmarafon dünyanın ən yaxşı idman yarışlarından biri sayılır. Bu marafonda iştirakçılar iki - 10 km və 21 km məsafəni qət edirlər.

İdman tədbiri ilə əlaqədar olaraq bazar günü İstanbulun tarixi hissəsindəki yolların bir hissəsi nəqliyyat vasitələri üçün bağlanıb.

Yarışa Yenikapı meydanında start verilib, qaliblər də orada qarşılanıb.

Bu yarımmarafonda dünyanın 72 ölkəsindən 14 min idman həvəskarı, o cümlədən 68 titullu yüngül atlet iştirak edib.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla