AZ

Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür

Mütəxəssislər yeməkləri yenidən isidib istifadə etməyin səhv olduğunu deyirlər.Yemək gündəlik bişirilməlidir. Əks halda, qarın yatalağı xəstəliyinə səbəb ola bilər. Evdə hər gün yeni yemək bişsə də, qalan yeməklər də onun yanında qızdırılır. Dəfələrlə isidilən yeməkdə bakteriya və kimyəvi maddələr əmələ gəlir.
 
Həkim Murad Doğanın sözlərinə görə, evdəki adam sayından artıq bişirilən yemək ertəsi gün yenidən isidilib yeyilmək üçün soyuducuya qoyulur: "Bu vəziyyət hər kəsin evində yaşanır.
Belə hallar zəhərlənməyə və "Tifo"ya (mənşəyi bilinməyən içki və yeməklərdən yaranan xəstəlik növü) səbəb ola bilər".
 
Doğan onu da qeyd edib ki, xüsusilə də, restoranlarda yeməklər günlük hazırlanıb müştəriyə təqdim olunmalıdır: " Sağlam həyat üçün ən vacib amil günlük bişirilən təzə yeməklərdir. Bu, ən doğru haldır. Analarımız və həyat yoldaşımız isə işlədiyi üçün evdə bir neçə günlük yemək bişirib saxlayırlar".
 
KARBOHİDRATLI QİDALAR MAKSİMUM 2 GÜN SAXLANILA BİLƏR
 
O, həmçinin mətbəxdə edilən səhvləri də vurğulayıb: "Makaron və düyü kimi karbohidratlı qidalar bir neçə gün saxlanıla bilər. Toyuq və balıq kimi zülal əsaslı qidalar isə maksimum 2 gün saxlanmalıdır. 2 gündən sonra bunları uşaqlarımıza yedirmək doğru deyil".
 
SAXLANILMIŞ YEMƏKLƏRDƏ KİMYƏVİ MADDƏLƏR AŞKARLANIR
Həkim saxlanılan yeməkdə yalnız bakteriyaların deyil, kimyəvi maddələrin də meydana gəldiyini dilə gətirib: "1-2 gündən sonra ispanaq yeməyindəki kimyəvi maddələr reaksiya göstərə bilər. Xüsusilə kükürdlü maddələr zəhərlənmə verir. Bunun üçün ispanağı gündəlik bişirib istifadə etməliyik".
 
İSİTMƏK ƏVƏZİNƏ QAYNADIN
 
Xüsusilə şorba kimi sulu yeməkləri isitmək əvəzinə, qaynatmaq daha düzgündür. Souslu toyuğu dəfələrlə isitsək, sousu xarab olub zəhərlənmə verir.
 
XRONİKİ XƏSTƏLİYƏ ÇEVİRƏ BİLƏR
 
Qızdırılan yeməklərdə bakteriyaların toplana biləcəyini deyən həkim, sözlərinə belə davam edib: "Salmonella adlı bakteriya tifoya səbəb olur. Bunu dərhal görmək mümkün deyil. Bu xəstəlikdən qurtarmaq üçün 5-6 ay vaxt lazımdır. Daha sonra isə xroniki xəstəliyə çevrilir. Ona görə də çox diqqətli olmaq lazımdır".
 
YEMƏYİ ÖZ QABINDA SAXLAYIN
 
Yeməyin öz qabında saxlanılmalı olduğunu bildirən Doğan bu məlumatları da verib:
 
"Yeməyi yeni qaba çəkmək düzgün deyil. Ən yaxşısı servis edərkən yeməyin qalan hissəsini həmin qazanda saxlayın. Çünki yeni qazan bakteriyaların yaranmasına səbəb ola bilər. Bütün bunlar risklidir. Yeməyi isti-isti soyuducuya yerləşdirmək də yanlışdır. Bu hallar zəhərlənməyə yol açır".
Seçilən
45
27
Mənbələr
Şərh ()
Bağla