AZ

“Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili və əmək gigiyenası” mövzusunda tədbir keçirilib

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Əməyin Mühafizəsi Günü ilə bağlı “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili və əmək gigiyenası” mövzusunda tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirin açılış hissəsini müəssisənin direktoru, professor Adil Allahverdiyev Əməyin Mühahizəsi Günü ilə bağlı işçiləri məlumatlandırıb və əməyin təhlükəsizliyinin həyatımızın zəmanəti olduğunu bildirib.

 

Sonra institutun Peşə xəstəlikləri şöbəsinin müdiri Sevda Xəlilova, İnsan resursları şöbəsinin müdiri Şərəf Əsgərova, əməyin mühafizəsi üzrə mütəxəssisi Fərid Babayev, institutun əməkdaşı Xanlar Mahmudov mövzu ilə bağlı çıxış ediblər.

 

Yekunda tədbir iştirakçıları ilə müxtəlif mövzularda müzakirələr aparılıb.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla