AZ

Beyləqanda tədbir: “Zərifə Əliyeva-Mənəvi kamilliyin işığında” 

Heydər Əliyev Mərkəzində Beyləqan Rayon İcra Hakimiyyətinin, “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Nümayəndəliyinin təşkilatçılığı ilə görkəmli oftamoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş “Zərifə Əliyeva-Mənəvi kamilliyin işığında” adlı tədbir keçirilib.

 

Beyləqan RMX-dan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən natiqlər Zərifə xanım Əliyevanın mənalı həyatı, elmi fəaliyyəti barədə ətraflı məlumat verib və görkəmli elm adamlarının Zərifə xanımla bağlı xatirələrini dilə gətiriblər.

 

Sonda rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin hazırladığı, Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş musiqi nömrələri təqdim olunub və şeirlər səsləndirilib.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla