AZ

Şuşa və Laçına getmək istəyənlərə ŞAD XƏBƏR - EKSKLÜZİV VİDEOLAR

“Yeni Müsavat” Media Qrupunun əməkdaşı Fəxriyyə Abdullayeva Azərbaycan vətəndaşları ilə bərabər hazırda Şuşa və Laçın bölgəsində iki günlük turistik gəzintidədir.

Musavat.com xəbər verir ki, artıq həmin bölgələrə turist kimi səfərlərə qoşulub sərbəst gəzmək, gecələmək mümkündür.

FEXRI.jpeg

Fəxriyyə Abdullayeva Musavat.com-a bildirib ki, onlar Şuşada olduqdan sonra Laçının tarixi, görməli yerlərini gəzəcək, gecəni Şuaşada keçirib sabah Bakıya qayıdacaqlar.

Laçın rayonuna təşkil olunan turlara Bozlu şəlaləsinə ekskursiya da daxildir. Şəlalə öz mənbəyini Laçın dağlarından, meşələrindən götürür və Ağoğlan çayına tökülür. Şəlalənin yerləşdiyi Bozlu kəndindən demək olar ki, əsər-əlamət qalmayıb. Lakin təbiət gözəllikləri özünü xüsusi vurğulayır. 

Musavat.com Fəxriyyə Abdullayevanın çəkdiyi eksklüziv videoları təqdim edir.

Musavat.com

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla