AZ

“O hakim, ümumiyyətlə, futboldan uzaqlaşdırılmalıdı” - daha bir baş məşqçi üsyan etdi

2-ci liqada mübariazə aparan “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovun AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırıldığını xəbər vermişdik.

Buna “Kür-Araz”la oyunun 49-cu dəqiqəsində Hüseynovun hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alandan sonra onu təhqir etməsi səbəb olub. Çempionatın bitməsinə cəmi 4 tur qaldığını nəzərə alsaq, Hüseynov üçün mövsüm bitib. Bəs Ruslan bəy bu cəza haqda nə düşünür. O, “Footbal-plus.az”a açıqlamasında başverənləri belə şərh etdi:
“Rövşən Rəcəbov 49-cu dəqiqədə qapımıza elə bil penalti təyin etdi ki, orda qayda pozuntusundan söhbət belə gedə bilməzdi. İlk hissədə də qapımıza penalti təyin etmişdi, amma buna heç nə demədim. Çünki o qərar doğru idi. Ancaq ikinci penaltini verəndə stadionda hamı təəccübləndi. Hətta rəqib azarkeşlər belə orda penaltilik heç nə olmadığını deyirdi. Bütün futbol ictimaiyyətindən xahiş edirəm ki, həmin epizoda baxsınlar. Belə penalti dünyanın harasında var? Mən də bu qərara etiraz etdim. Ola bilər ki, reaksiyam bir az sərt olub. Çünki komanda sonuncu sıralardadı, üzərimizdə təzyiq var. Həmin anda da hesab 2:2 idi. Amma təhqirdən söhbət belə gedə bilməz. Ordakı hər kəs buna şahiddi. Dördüncü hakim də bizə yaxın idi. O da deyə bilər heç kimi təhqir etməmişəm. Sırf cəzanın ağır olmaması üçün dediyim sözlərə həmişə fikir verirəm. Etmədiyim bir şeyə görə niyə belə sərt cəzalanmalıyam?! Qərarın çox ağır olduğunu düşünürəm”.


Bu halda verilən qərara etiraz kimi apellyasiya şikayəti edəcəksiz? Ruslan bəyin cavabı belə oldu:
“Komandanın meydançaya baş məşqçisiz çıxması mənfi təsir edə bilər. Amma bacardığım qədər komandanı qarşıdakı 4 oyuna kökləməyə çalışmalıyıq. Çünki elə yerdəyik ki, bizim üçün 1 xal qızla bərəbərdi. Apellyasiya şikayəti ilə bağlı rəhbərliklə danışığımız olub. Həmin vaxt onlar da mənim yanımda idi. Hətta səslər çəkilişdə də var. Bu artıq rəhbərliyin atacağı addımdı. Amma bu qərar ədalətsiz oldu. Təhqir etmədiyim halda, o cəzanı mənə verirlərsə, onda məsul şəxslərdən xahiş edirəm ki, həmin epizodu diqqətlə izləsinlər. O epizoda qayda pozuntusu deyən hakim, ümumiyyətlə, futboldan uzaqlaşdırlmalıdı”.


RÖYANƏ OĞUZ
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla