”Blekbörn” Semmi Smodiçin dəyərini bəlirləyib.
İdmanxeber.az məlumat verir ki, Çempionşip klubu irlandiyalı forvard üçün 20 milyon funt-sterlinq tələb edir. Onunla Premyer Liqa komandaları yaxından maraqlanır.
Smodiç hazırda Çempionşipdə bombardirdir. O, bu mövsüm 43 oyunda 25 qol vurub.