AZ

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş Qəbələ bələdiyyəsinə məxsus 0,2 hektar torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Aidiyyəti qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla