AZ

Paytaxt klubu yenə uduzdu, azarkeşlər hesabat tələb etdi – VİDEO

Premyer Liqanın 32-ci turunda “Səbail” səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olub.

Bu nəticənin ardından avrokubok yolunda ciddi zərbə alan “Dənizçilər” 42 xalla 6-cı pillədədir. Oyunun ardından “Bank Respublika Arena”ya gələn “Səbail” tərəfdarları komandanı yanına çağırıb.

Onlar son 7 görüşdə cəmi bir qələbə qazanan futbolçulardan hesabat tələb ediblər. Oyunçular isə fanatların iradını dinləyib və heç bir cavab verməyiblər.

İdmanxeber.az

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla