AZ

Rayon klubu keçmiş baş məşqçisini yenidən görəvə qaytardı

I Liqada mübarizə aparan «Araz Saatlı» keçmiş baş məşqçisini geri qaytarıb.

Bu haqda klubdan Sportinfo.az-a məlumat verilib.

Bildirilib ki, son günlərə kimi idman direktoru postunu tutan, eyni zamanda, Rüfət Quliyevin fiziki hazırlıq üzrə köməkçisi işləmiş Şəhriyar Məmmədov yenidən komandanın sükanı arxasına keçib.

Aran təmsilçisini son 4 turda məhz o, meydana çıxaracaq. Qarşıya qoyulan tələb isə dəyişməyib - maksimum xal toplamaq və «Araz»ı çempionatda saxlamaq.

Dünən burada baş məşqçi istefası gerçəkləşib. Rüfət Quliyev "Karvan"a 2:4 hesablı məğlubiyyətdən sonra istefa qərarı verib.

Bölgə klubunun rəhbərliyi onun istəyinə müsbət qarşılıq verib.

Azərbaycan millisinin sabiq futbolçusu saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

"Araz Saat"lı mövsümə ardıcıl 4 məğlubiyyətlə başlamışdı.

Quliyev isə məhz bundan sonra, 5-ci turdan region komandasının başına gətirilmişdi.

Arxada qalan 23 turdan sonra aktivində 10 xalı olan Saatlı təmsilçisi 10 komanda arasında sonuncu pilləni tutur.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla