AZ

Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR

Türkiyədə son vaxtlar təsirli olan toz buludu səbəbilə Bolu şəhərində qeyri-adi təbiət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, ölkənin meteorologiya idarəsinin öncəki günlərdə sarı kod xəbərdarlığı etdiyi şəhərdə toz buludunun təsiri yenidən güclənib.

Afrikadan toz daşınması nəticəsində axşam saatlarında şəhərin səması qırmızı rəngə boyanıb.

Daha sonra yağan yağış nəqliyyat vasitələrinin üzərinin nazik palçıqlı təbəqə ilə örtülməsinə səbəb olub.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla