AZ

Parkinson xəstəliyinə görə əlillik və ölüm halları bütün dünyada artır

Dünyada 10 milyondan çox insan Parkinson xəstəliyi ilə mübarizə apararkən, bu xəstəliyə görə əlillik və ölüm halları da sürətlə artır.

 

Aztibb.az-ın medimagazin.com.t-yə istinadla xəbərinə görə, "Qocalıq xəstəliyi" olaraq bilinən Parkinson xəstəliyi ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən təsvir edilib.

 

2005-ci ildə Lüksemburqda keçirilən 9-cu Ümumdünya Parkinson Xəstəliyi Günü Konfransında "qırmızı lalə" xəstəliyin rəsmi simvolu kimi qəbul edilib.

 

Parkinson xəstəliyinin beyində hüceyrələrin bir-biri ilə əlaqə saxlamasını təmin edən “dofamin” adlı maddəni istehsal edən hüceyrələrin korlanması nəticəsində meydana gəldiyi bildirilir.

 

Parkinson Fondunun məlumatlarına görə, dünyada Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayı 10 milyonu ötüb.

 

Parkinson xəstəliyi diaqnozu qoyulanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Kişilərdə Parkinson xəstəliyinin yayılması qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bu xəstəlik diaqnozu qoyulanlardan yalnız 4-ü 50 yaşdan aşağı insanlardır.

 

Dünyada “ən sürətlə inkişaf edən” nevroloji xəstəlik olan Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayının 2050-ci ilə qədər iki dəfə artacağı gözlənilir.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla