AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim,akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

Bu barədə Trend-ə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, aprelin 28-də Azərbaycan oftalmologiya elminingörkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilkakademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanınanadan olmasından 101 il keçir.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanınıziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanınxatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tərçiçəklər düzülüb.

Həmçinin, görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin,istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklərqoyulub.

Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimiqazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühümmərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyadatanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir,zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilirvə neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla