İdman
Messi dubl etdi, "İnter Mayami" qələbə qazandı
"İnter Mayami" ABŞ çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə "Nyu-İnqlend Revulyuşin"lə qarşılaşıb. Matç "İnter Mayami"nin qələbəsiylə başa çatıb - 4:1.
Argentinalı futbolçu Lionel Messi bu görüşdə iki qol vurub, bir məhsuldar ötürmə edib.
"İnter Mayami" 11 turdan sonra 21 xalla liderdir.