AZ

Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıqmünasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri dəQırğızıstan Respublikasıdır. Aprelin 24-də QırğızıstanRespublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəriçərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri dəölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin genişimkanları olduğunu deməyə əsas verir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuataverdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaşdövlətlər olduğu xüsusi vurğulandı. “Dövlət başçıları həm təkbətəkgörüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirməkəzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu günAzərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcətamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmışmühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və QırğızstanRespublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəQırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun BirgəBəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətəndə yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir.Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışındaxüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika vənəqliyyat sahələrinin böyük potensialı var. AzərbaycanQırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrindəmaraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslınəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafənöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyibaxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan –Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vədedir.”

K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrinəhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan və qırğız xalqlarıarasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcudolub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərindəmədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycandakeçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayişetdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakıabidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışındaçıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, ÇingizAytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovetİttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincətəmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm dəictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyükhörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının,bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və Qırğız RespublikasınınPrezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam ortaməktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikintiişlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adındanAğdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkəarasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”

Məqalədə:
Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla