AZ

“Xəmsə” Qəbələyə neçə nəfərlə yollanacağını bilmir

Bu gün “Qəbələ” evdə “Kəpəz”lə qarşılaşacaq.

Təbii ki, “qırmızı-qaralar” onları hələ də tək qoymayan “Red-Black Army”nin dəstəyindən yararlanmağa çalışacaq. Bəs gəncəli azarkeşlər bu oyuna necə hazırlaşır? “Xəmsə” fanklubunun rəhbəri Aqşin Əsgərov suallarımızı cavabladı:
“Ümumiyyətlə, biz azarkeş qrupu olaraq, “Kəpəz”i rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, istənilən oyunda dəstəkləməyə calışırıq. Azarkeş sayı hələ müəyyənləşməyib. Oyuna bir gün qalmışa qədər hansı sayda azarkeş olacaqını bilmirik. Azarkeşlər istənilən oyunun taleyini müəyyənləşdirə bilər. O cümlədən “Kəpəz” kimi komandanın da azarkeş dəstəyinə ehtiyacı böyükdü. Yəni istənilən oyunun taleyini dəyişdirməkdə “12-ci oyunçu” böyük rol oynayır”.


ELMİN
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla