AZ

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, AkademikZərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və AzərbaycanOftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü iltarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinəhəsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı BeynəlxalqElmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın keçirilməsində əsas məqsədoftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanınaktual məsələlərindən danışılıb.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digəralimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademikZərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsnaxidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın,dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya vəelektron sənayelərində peşə fəaliyyəti ilə bağlı gözxəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habeləoftalmologiyanın müasir problemlərinə dair bir çox sanballıtədqiqatların müəllifidir.

Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədardəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik vəfizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabetzamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”və bu kimi digər monoqrafiyaları çap edilib.

Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslısəhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinindirektoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professorElmar Qasımov konfransı açıq elan edib.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif veEDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии:механизмы действия и клинические результаты”, “Vitreoretinalcərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeniera”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadəolunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”,“Использование склеральных линз в сложных случаях аметропии:проблемы, решения, перспективы”, “Viral uveitin müasir riskfaktorları” və s. mövzularında çıxışlar dinlənilib.

Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digərmüəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öztəqdimatları ilə məruzə ediblər.

Akademik
Akademik
Akademik
Akademik
Akademik
Akademik
Seçilən
97
6
Mənbələr
Şərh ()
Bağla