AZ

Ukraynada qumar oynanılan 2,5 mindən çox sayt bloklandı


Ukraynada qumar oyunlarına girişi təmin edən 2,5 mindən çox sayt bloklanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
“Qeyri-qanuni resursların bloklanması ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına göndərilmiş tövsiyələrin nəticələrinə əsasən, qumar oyunları təqdim edən 2500-dən çox sayt bloklanıb”, - Baş Prokurorluğun saytında dərc olunan məlumatda deyilir.
Qeyd olunur ki, bu ilin aprel ayına kimi qanunsuz qumar oyunlarının təşkili ilə bağlı 450-dən çox cinayət işi başlanıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Ötən il eyni faktlar üzrə 169 cinayət faktı qeydə alınıb, 74 təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb.
Bundan əvvəl Ukrayna parlamentinin birinci oxunuşda qəbul etdiyi “Qumar biznesinə nəzarətin gücləndirilməsi haqqında” qanun layihəsi həm qumar oyunları reklamının məhdudlaşdırılmasını, həm də internetdə qadağan olunmuş qumar oyunlarına qarşı mübarizə tədbirlərinin tətbiqini nəzərdə tutur.
Aprelin 20-də Ukrayna prezidenti Volodimir Zelenski onlayn qumar oyunlarını məhdudlaşdıran fərman imzalayıb.
Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla