AZ

İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var

İraqın Süleymaniyyə şəhərindəki Kor-Mor təbii qaz yatağının yerləşdiyi əraziyə pilotsuz uçuş aparatı ilə təşkil edilən hücum nəticəsində 4 yəmənli işçi həyatını itirib, 2 nəfər isə yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Məlumata görə, faktla bağlı istintaq başlayıb.
Səlahiyyətlilər bildiriblər ki, təbii qaz yatağına ciddi ziyan dəyib, ona görə də bölgədə elektrik enerjisinin verilməsində fasilələr ola bilər.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, ABŞ Dövlət Departamenti enerji infrastrukturuna hücumu pisləyib.
Xatırladaq ki, Kor-Mor təbii qaz yatağı son illərdə dəfələrlə hədəf alınıb.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla