AZ

Bu qərar "Neftçi" cəbhəsində hər kəsi SEVİNDİRƏCƏK

"Neftçi" klubu xoş xəbər alıb.

Belə ki, komandanın ən böyük azarkeş qrupu olan "Forza Neftçi" təxminən 2 aylıq fasilədən sonra tribunlara qayıtmağa qərar verib.

Azarkeş qrupu "ağ qaralar"ın Premyer Liqanın 25-ci turunda doğma meydanda əzəli rəqibi "Qarabağ"a 1:4 hesabla məğlub olduğu matçdan sonra komandanın bütün oyunlarını boykot etmək qərarı vermişdi.

Arxada qalan son 6 turda paytaxt təmsilçisi tərəfdar dəstəyindən məhrum olmuşdu.

Klub ev oyunlarında özünü səfərdə meydanındakı kimi hiss edirdi.

Hazırda aktivində 47 xalı olan "Neftçi" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır. İkinci sırada gedən "Zirə" ilə xal fərqi cəmi 2-dir.

Sona 5 tur qalmış gedən gərgin mübarizədə azarkeşlərsiz mübarizə aparmağın çətinliyini dərk edən klub dünən "Forza Neftçi"yə müraciət ünvanlamış, boykot qərarınndan daşınmalarını xahiş etmişdilər.

"Əziz "Neftçi" azarkeşləri, bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik. “Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır".

Məhz bu müraciətdən sonra azarkeş qrupu geri qayıtmağa qərar verib.

Sonda "Forza Nefçi"nin yayımladığı qayıdış bəyanatını sizə təqdim eddirik:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib ,son zamanlar baş verənlərin və flaqmanın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
42
6
Mənbələr
Şərh ()
Bağla