AZ

Messinin komandası rəqibini darmadağın etdi - VİDEO

Messinin dublu və iki məhsuldar ötürməsi Mayamiyə MLS matçında “New England”ı məğlub etməyə kömək edib. 

Bizim.Media xəbər verir ki, Foksboroda (Massaçusets, ABŞ) keçirilən görüş argentinalı hücumçu Lionel Messinin dubla imza atdığı (32-ci və 68-ci dəqiqələr) 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

O, iki məhsuldar ötürmə də edib: Kremaşki (83) və Luis Suares (89). 

“New England”un yeganə qolunu Tomas Chancalay vurub.

Şərq Konfransının turnir cədvəlinə 11 oyundan sonra 21 xalla “İnter Mayami” başçılıq edir. “New England” 4 xalla sonuncu, 15-ci yerdədir. Növbəti matçda “İnter Mayami” mayın 4-də “Nyu York Red Bullz”u qəbul edəcək.
 


Bizim.Media

Seçilən
71
16
Mənbələr
Şərh ()
Bağla