AZ

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya özünün hipersəs qanadlı raketlərini inkişaf etdirəcək və 2030-cu ilə qədər istifadəyə verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahların tamamilə krallığın alimləri tərəfindən hazırlanmasını və istehsal edilməsini istəyir.

Britaniya Müdafiə Nazirliyindəki adı açıqlanmayan mənbə nəşrə bildirib ki, “Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə innovasiyasına qoyduğu böyük yeni sərmayə sayəsində mümkündür”.

“The Daily Telegraph” yazır ki, bu cür raketlərin hazırlanması planları hələ ilkin mərhələdədir.

Qəzet həmçinin qeyd edir ki, Britaniya növbəti 7 il ərzində müdafiə konsorsiumunun bir hissəsi kimi bu silahların hazırlanmasına 1 milyard funt sterlinq (1,24 milyard dollar) sərmayə qoymağa hazırdır. Eyni zamanda, nəşrin yazdığına görə, Böyük Britaniya analoji raketlərin göstərilən tarixdən tez istifadəyə verilməsi barədə qərar qəbul edərsə, Böyük Britaniya oxşar raketləri ABŞ-dan ala bilər.

Bundan əvvəl Britaniyanın baş naziri Rişi Sunak ölkənin müdafiə sənayesinin döyüş rejiminə keçdiyini açıqlamışdı. Onun sözlərinə görə, növbəti altı il ərzində Böyük Britaniya özünün müdafiə-sənaye kompleksinin inkişafına əlavə vəsait yatıracaq, həmçinin Ukraynaya müdafiəyə yardım üçün maliyyə xərclərini artıracaq.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla