AZ

“Qəbələ” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a, “Sumqayıt” “Qarabağ”a qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXXII turun növbəti matçları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edəcək. Autsayderlərin duelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşə bilər. “Qəbələ” xal itkisi ilə üzləşsə, son pilləni tərk etmək şansını itirəcək. “Kəpəz”ə I Liqaya yuvarlanmaq təhlükəsindən qurtulmaq üçün heç-heçə də kifayətdir.

“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşəcək. Bakılılar “üçlük”dəki yerini qaytarmaq üçün mütləq qalib gəlməlidir. Qərblilər isə avrokubok zonasına yaxınlaşmaq üçün turu itkisiz keçməlidir.

Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gələcək. Çempionluğu təmin edən Ağdam klubu son turlardakı uğursuzluqlara son qoymaq niyyətindədir. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan Samir Abasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqə üçün vacib xallar qazanmalıdır.

Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.

Misli Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz”
Baş hakim: 
İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
Baş hakim:
 Rəvan Həmzəzadə
“Neftçi Arena”

20:00. “Sumqayıt” –“ Qarabağ”
Baş hakim:
 Rauf Cabarov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla