AZ

Azərbaycanda “Qalatasaray”ın rəsmi idman akademiyası fəaliyyətə başladı

style='margin-bottom:10px;'>

Azərbaycanda “Qalatasaray”ın rəsmi idman akademiyası fəaliyyətə başlayıb.

Bu haqda QOL.az-a İstanbul klubunun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov məlumat verib. O, artıq akademiyaya seçim mərhələsinin start götürdüyünü də deyib.

Hazırda Bakıda səfərdə olan E.İmanov “Qalatasaray”ın bəzi layihələri ilə bağlı görüşlər keçirdiklərini söyləyib. O bildirib ki, “Qalatasaray”ın Azərbaycanda idman məktəbləri layihəsi üzərində işləyirlər:

“Qalatasaray” idman klubu bu layihəni keçən il başladıb. Bundan əvvəl “Qalatasaray”ın futbol, voleybol, basketbol məktəbləri var idi. Biz qərara gəldik ki, bu məktəbləri “Qalatasaray” idman məktəbi adı altında birləşdirək və öncül təhsil mərkəzləri ilə müqavilə bağlayaraq bu idman məktəbini açaq. Çünki “Qalatasaray” təkcə futbol klubu deyil, həm də Türkiyənin böyük idman klublarındandır. Biz bu layihəni Türkiyədə başlatdıq. Ondan sonra Şimali Kiprdə davam etdirdik. 3-cü ölkə olaraq Azərbaycanda bunu layihə olaraq planlaşdırdıq. Hazırda Bakı şəhərində bu işə başlamışıq”. 

O deyib ki, layihə ilə əlaqədar  3 təhsil müəssəsi ilə razılaşıblar: “Bunlar 20 nömrəli məktəb, 23 nömrəli məktəb və Heydər Əliyev adına Müasir Təhsil Kompleksidir. Hətta Tofiq Bəhramov adına stadionun mini meydançasına cavabdeh şəxslərlə də danışdıq. Burda basketbol, futbol, voleybol üzrə dərslər veriləcək. İnşallah, gələcəkdə yüngül atletika və üzgüçülük üzrə də dərslər nəzərdə tutulur. Dərsləri Türkiyədən gələn və eyni zamanda Azərbaycanın tanınmış mütəxəssisləri keçəcək. Voleybolda Alla Həsənova kimi Azərbaycanın məşhur mütəxəssisi dərs deyəcək. İdman akademiyasıma "Qalatasaray"a çox xidməti olmuş Turqay Zeytingöz başçılıq edəcək. Hazırda qeydiyyatlar başlayıb. Bakıda fəaliyyətə başlasaq da, gələcəkdə Azərbaycanın Sumqayıt, Gəncə, Lənkəran kimi böyük şəhərlərində də bu layihəni həyata keçirməyi planlaşdırırıq. Bizim ən böyük hədəfimiz Azərbaycanın idman sektoruna kömək etməkdir”.

E. İmanov futbola aid planlar haqda da söz açıb: “Məktəbdə voleybol, basketboldan başqa futbol məktəbi də olacaq. Futbolla aid planlardan biri də odur ki, "Qalatasaray"ın rəsmi fan şopu açılacaq. Bununla bağlı yer axtarışlarımız davam edir”.

Akademiya ilə əlaqə saxlamaq üçün:

Telefon: +99450 713 19 05

İnstaqram: GSAzerbaijanAcademy

Seçilən
81
47
Mənbələr
Şərh ()
Bağla