AZ

"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"

Finlandiya parlamentinin üzvü Hanna Kosonen Çin hökumətinin mümkün casusluğu səbəbindən "TikTok" sosial şəbəkəsinin tam qadağan edilməsi məsələsini qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə Kosonenin hökumətə müraciətində deyilir.

“ Çin Kommunist Partiyasının nəzarətində olan bir şirkət tərəfindən yaradılan "TikTok", casusluq uşaqların və gənclərin sağlamlığı və ictimai asayiş baxımından təhlükəlidir. Bir neçə Qərb rəsmisi təsdiqlənmiş casusluğa istinad edərək, "TikTok"un iş telefonlarına endirilməsini qadağan edib”, – deputatın məktubunda deyilir.

Hazırda təkcə Finlandiyada bir milyon yarım istifadəçi bir milyon yarım mikrofon və kameradan istifadə edərək Çin dövlətinə məlumat göndərir. Virtual casusluq bir proqramla effektivdir, halbuki insanlar üzərində ənənəvi casusluq bu miqyasda belə yaxınlaşmır

Deputatın fikrincə, əsas təhlükələrdən biri, dtətbiqin alqoritminin istifadəçiyə hansı məzmunun göstəriləcəyini müəyyən etməsidir.

“Çin özü vətəndaşlarına belə bir proqramdan istifadə etməyə icazə vermir. Sırf bu səbəbdən Aİ-də həyəcan təbili çalınmalı və yüksək səslə çalınmalıdır”, Kosonen vurğulayır.

Bununla əlaqədar o, hökumətə "TikTok"un ölkədəki fəaliyyəti ilə bağlı riskləri başa düşüb-düşməməsi ilə əlaqədar bir sıra suallar verir:

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla