AZ

Şakiradan şok etiraf: "Mən sadiq idim, amma..."

Futbolçu Jerar Pikedən ayrılan dünyaca məşhur müğənni Şakira açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Şakira bu sözləri deyib:

"Həyatda həmişə həyat yoldaşına sahib olmağı ən vacib hal hesab etmişəm. Valideynlərim kimi hələ də bir-birini sevən, uşaq sahibi olacağım və sonsuza qədər birlikdə yaşayacağım bir adam axtarırdım. Bunun üçün çox fədakarlıq etdim. Mən sadiq idim, amma bəzən işlər planlaşdırıldığı kimi getmir. Sevgi yaşadım, amma o qədər də şanslı deyildim. Bunun mükafatı pərəstişkarlarım, uşaqlarım və dostlarımın sevgisi oldu. Münasibətim 12 il davam etdi".

Qeyd edək ki, Şakira futbolçu Jerar Pike ilə 12 illik vətəndaş nikahında olub. Onların iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə 23 yaşlı Klara Çia ilə xəyanət etməsi olub.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla