AZ

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina edib

Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesi başlamaqdan imtina edib.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verir.

Bəyanatda deyilir ki, hökumət münasibətləri dərinləşdirmək və tarixi həqiqətlərə hörmət etmək istəyir, lakin təzminat ödəmək üçün konkret fəaliyyət proqramı yoxdur.

Səlahiyyətlilər qeyd ediblər ki, əvvəlki hökumətlər də oxşar xətti izləyiblər.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla