AZ

Ermənistanda GƏRGİNLİK: hərbçilər etirazçıların tərəfinə keçdilər

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına etiraz edən etirazçılar onlara müqaviləli hərbçilərin də qoşulduğunu iddia edirlər.

Publika.az “Russia Today”ə istinadla xəbər verir ki, nümayişçilər sözlərini təsdiqləmək üçün hərbi geyimli insanların olduğu video yayımlayıblar.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi şərh edib. Qurum nümayəndələri lazımi tədbirlər gördüklərini və mümkün iştirakçılara məsuliyyətlə bağlı xəbərdarlıq etdiklərini bildiriblər.

Qeyd edək ki, etiraz aksiyası Azərbaycanla sərhəd olan Tavuş rayonunun Kirants kəndində keçirilir.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla