Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Leççe” – “Montsa” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Latsio” doğma meydanda “Verona”nı tək qolla məğlub edib.
“Yuventus”la “Milan” arasında baş tutan prinsipial qarşılaşma isə qolsuz yekunlaşıb.
34-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
34-cü tur
26 aprel
Frozinone – Salernitana 3:0
Qollar: Sule, 10-pen. Breşianini, 25. Zortea, 85.
27 aprel
Leççe – Montsa 1:1
Qollar: Krstoviç, 90+2 – Pessina, 90+6.
Yuventus – Milan 0:0
Latsio – Verona 1:0
Qol: Zakkayni, 72.
28 aprel
14:30. İnter – Torino
17:00. Bolonya – Udineze
20:00. Atalanta – Empoli
20:00. Napoli – Roma
22:45. Fiorentina – Sassuolo
29 aprel
22:45. Cenoa – Kalyari