AZ

Premyer Liqa: “Liverpul”la “Çelsi” səfərdə, MY evdə xal itirdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Səfərdə “Vest Hem”lə qarşılaşan “Liverpul” 4 qolluq bu oyundan xal itkisi ilə ayrılıb. “Aston Villa” – “Çelsi” matçında da oxşar nəticə qeydə alınıb.

“Fulhem” – “Kristal Pelas” və “Mançester Yunayted” – “Börnli” matçlarında isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Nyukasl” doğma meydandaautsayderlər qrupunda qərarlaşmış “Şeffild Yunayted”i böyük hesabla məğlub edib. “Vulverhempton” “Luton Taun”la, “Everton” da “Brentford”la ev oyunlarından qələbə ilə ayrılıb.

Qeyd edək ki, 35-ci turun qalan 3 qarşılaşması sabah – bazar günü keçiriləcək.

İngiltərə, Premyer Liqa
35-ci tur
27 aprel

Vest Hem – Liverpul 2:2
Qollar: Bouen, 43. M.Antonio, 77 – Robertson, 48. Areola, 65-öz qapısına.

Fulhem – Kristal Pelas 1:1
Qollar: Rodriqo Munis, 52 – Şlupp, 87.

Mançester Yunayted – Börnli 1:1
Qollar: Antoni, 79 – Amduni, 87-pen.

Nyukasl – Şeffild Yunayted 5:1
Qollar: A.İsak, 26; 61-pen. B.Gimarayns, 26. Osborn, 65-öz qapısına. K.Uilson, 72 – Ahmedhodziç, 5.

Vulverhempton – Luton Taun 2:1
Qollar: Hvanq, 39. Toti, 50 – Morris, 80.

Everton – Brentford 1:0
Qol: Qeye, 60.

Aston Villa – Çelsi 2:2
Qollar: Kukurelya, 4-öz qapısına. Rocers, 42 – Madueke, 62. Qallaxer, 81.

28 aprel

17:00. Bornmut – Brayton
17:00. Tottenhem – Arsenal
19:30. Nottingem Forest – Mançester Siti

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla