AZ

Rusiyada 4 nəfər yol qəzasında ölüb

Rusiyanın Samara vilayətində baş verən ağır yol qəzasında 4 nəfər ölüb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə məlumatında deyilir.

Belə ki, Samara vilayətinin Voljski rayonunda “Howo” markalı yük maşını ilə “Renault Logan” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan üç sərnişini hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
50
Mənbələr
Şərh ()
Bağla