AZ

Onur Quluzadə Fransada qızıl qazanıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə “WTT Youth Contender” turnirində qızıl medal qazanıb.

İdman.biz xəbər ki, o, Fransanın Mets şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Quluzada 1/4 final və yarımfinalda yerli tennisçiləri məğlub edib. Onur həlledici görüşdə ispaniyalı rəqibinə qalib gələrək, qızıl medala yiyələnib.

Onur 4 gün əvvəl Belçikada Spa şəhərində keçirilən analoji turnirdə bürünc medala layiq görülüb.

Qeyd edək ki, digər təmsilçimiz Yağmur Məmmədli mükafatçılar sırasına düşə bilməyib.

İdman.biz

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla