AZ

2023-cü ildə bir nəfər də olsun Çeçenistandan sığınacaq istəməyib...

...2023-cü ildə Rusiyada 8245 əcnəbi müvəqqəti sığınacaq, 303 nəfər isə qaçqın kimi tanınmaq üçün rəsmi orqanlara müraciət edib.

Şimali Qafqazda isə 273 məcburi köçkün belə müraciət edib. Təbii ki, belə müraciətlərdə Çeçenistan və İnquşetiya istisnadır.

Belə ki, bir dənə də olsun belə müraciətlə bu ölkələrə “yaxınlaşan” olmayıb.

Amma özünü “o yerə qoymayan”Ramzan Kadırov, guya hər iki respublikanın Qəzza zolağından olan insanları qaçqın kimi qəbul etdiyini deyib.

Amma əldə olan məlumatlara görə, ötən il Rusiyanın cənubunda və Şimali Qafqaz regionlarında müraciətlərin əksəriyyəti müvəqqəti sığınacaq üçün yalnız üç nəfər olub - ikisi Şimali Osetiyada, biri isə Həştərxan vilayətində.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il daha bir əcnəbi Krasnodar diyarında qaçqın kimi tanınmağı xahiş edib.

...2023-cü ildə Şimali Qafqazdan müvəqqəti sığınacaq üçün müraciətlərin sayına görə Stavropol diyarı lider olub - 273 müraciətdən 218-i burada qəbul edilib. Belə müraciətlərin 21-i Şimali Osetiya, 19-u Kabardin-Balkar, 13-ü Dağıstan, ikisi isə Qaraçay-Çərkəzdə verilib. İnquşetiya və Çeçenistanda heç kim nə qaçqın statusu, nə də müvəqqəti sığınacaq üçün müraciət etməyib.

...2024-cü ilin əvvəlində əcnəbilərdən müraciətlərin sayı kəskin artıb. Yenə də...belə ki, ilk üç ayda Dağıstanda 20, Kabardin-Balkarda 72, Çeçenistanda 13, Qaraçay-Çərkəzdə 16 müraciət daxil olub.

Yanvar-mart aylarında ən az 210 Fələstinli Rusiyadan müvəqqəti sığınacaq istəyib.

Ağasəf Babayev

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla