AZ

Almaniya Bundesliqası: “Bayer” seriyanı 46-ya çatdırıb

Bakı. Trend:

Almaniya çempionu titulunu qazanan “Bayer”in məğlubiyyətsizoyunlar seriyası 46-ya yüksəlib.

Trend İdman.biz-ə xəbərverir ki, Leverkuzen klubu “Ştutqart”la matçda 97-ci dəqiqədəbərabərlik qolunu vurub.

Hesabda 0:2 heri düşən “Bayer” 60-cı dəqiqədən sonra 2 qol vurabilib. Komanda 31 turdan sonra 81 xal toplayıb.

Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda yarışan“Leypsiq”lə Dortmund “Borussiya”nın oyununda meydan sahiblər 4:1hesabı ilə qələbə qazanıblar. Bundan sonra dortmundlular 4-cüpillədən 5 xal geri qalıblar. “Leypsiq” 62, “Borussiya D” 57 xalıvar.

Məqalədə:
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla