AZ

Qərb Ukraynanın “qırılma nöqtəsinə” yaxınlaşmasından qorxur...

...Rusiya Amerika silahlarının Ukraynaya ötürülməsinin qarşısını almaq üçün bu ölkədəki anbar və logistik mərkəzlərinə hücumlarının sayını artırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə“Bloomberg” xəbər verir.

Qərb rəsmiləri Ukraynanın “qırılma nöqtəsinə” yaxınlaşmasından qorxurlar.

Deməli, son həftələrdə Rusiya Ukraynanın enerji infrastrukturuna raket və dron hücumlarını, eləcə dəUkraynanın ikinci ən böyük şəhəri olan Xarkovu bombalamağa başlayıb.

...Raket və dron zərbələrinin sayının dəyişməsi, potensial olaraq Amerika silahlarının hərəkətini pozmaq cəhdi olmaqla, hərbi qurğuların və logistikanın hədəflənməsinə daha çox diqqət yetirildiyini göstərir.

Kreml qüvvələri çərşənbə günü Odessada istismardan çıxarıldığı iddia edilən avtomobillərin saxlandığı obyektə hücum edib.

Bunu Ukraynanın cənub hərbi komandanlığı Telegram-da bildirib.

...Bu arada Ukrayna Belarus lideri Aleksandr Lukaşenkonun casus xidmətinin sürpriz hücumuilə üzləşib. Belə ki, Lukaşenkonun kəşfiyyat xidmətinin rəhbəri İvan Tertelin Ukrayna paytaxtının xəstəxanalarında “uşaqların arxasında” gizləndiyi güman edilən terrorçulara zərbə endirəcəyinə söz verməsindən bir gün sonra Kiyev hakimiyyəti iki mülki xəstəxananı təxliyə etməyə məcbur olub.

“Bloomberg” xəbər verir ki, Minskdə hökumətyönlü konqresdə Kiyevdəki xəstəxanaların ünvanlarını oxuyan Tertel,Terrorizmlə müharibədə biz müharibə qanunlarına uyğun hərəkət edirik,-deyib.

Ağasəf Babayev

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla