AZ

97-ci dəqiqə: “Bayer” seriyanı 46-ya çatdırıb

Almaniya çempionu titulunu qazanan “Bayer”in məğlubiyyətsiz oyunlar seriyası 46-ya yüksəlib.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu “Ştutqart”la matçda 97-ci dəqiqədə bərabərlik qolunu vurub.

Hesabda 0:2 heri düşən “Bayer” 60-cı dəqiqədən sonra 2 qol vura bilib. Komanda 31 turdan sonra 81 xal toplayıb.

Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda yarışan “Leypsiq”lə Dortmund “Borussiya”nın oyununda meydan sahiblər 4:1 hesabı ilə qələbə qazanıblar. Bundan sonra dortmundlular 4-cü pillədən 5 xal geri qalıblar. “Leypsiq” 62, “Borussiya D” 57 xalı var.

Almaniya Bundesliqası
31-ci tur

“Auqsburq” – “Verder” – 0:3
“Bavariya” – “Ayntraxt” – 2:1
“Frayburq” – “Volfsburq” – 1:2
“Leypsiq” – “Borussiya D” – 4:1
“Bayer” – “Ştutqart” – 2:2

İdman.biz

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla