AZ

“Bu komandaya 150 min manat xərclənib, biz 4000-5000 xərcləmişik”

Həftəsonu Region Liqasında ¼ final mərhələsinə yekun vurulacaq.

İlk dəfə bu raunda gəlib çıxan “Ağstafa Gəncləri”, yəqin ki, mübarizəni dayandıracaq.

Çünki qərb komandası evdə keçirdiyi birinci qarşılaşmada “Hypers”ə 0:3 hesabıyla uduzub. Əyalət təmsilçisini çalışdıran Şahin Kərimov bu barədə öz fikirlərini bölüşüb.

O, Vüqar Nadirovun baş məşqçisi olduğu “Hypers”in cari mövsüm 150 min manat xərclədiyini bildirib:

“Böyük qələbələrin yolu ağır məğlubiyyətdən kecir. Bəlkə də Region Liqasının ən güclü klubu ilə oynadıq.

“Hypers” cox yaxşı balaslanmış komandadır. Bizi hər cəhətdən üstələdilər.

Onları qələbə münasibətilə təbrik edirəm. Uduzmağı da bacarmaq lazımdır.

Heyətlərində təcrübəli futbolcular var. Mənim futbolcularım isə meydancada nə bacardılar, etdilər. Mən onların yanındayam.

Onlar maksimum qüvvəni qoydular meydanda. İnanın, bu oyunda onlardan zövq aldım. Sonuncu güclərini Ağstafamız ücün qoydular.

”Hypers” bu il ərzində 150 min manat xərcləyib. Biz isə 4-5 min manat xərcləmişik.

Düz 17-ci oyunumuzu oynayırıq, hələ rayon rəhbəliyindən soruşan yoxdur ki, harada oynayırsız, nə üçün oynayırsız, probleminiz nədədir?

Sağ olsun futbolcular, qayğısız, diqqətsiz bir məkanda vətəni ücün təmənnasız futbol oynayırlar. Mən yaşadığı torpaqda canından kecən oğullarla fəxr edirəm, qürür duyuram.

Siz bu rayonda yaşayan bəzi rüşvətxorlardan, büdcəni dağıdanlardan daha qeyrətlisiz. Cünki sizlər təmənna güdmədən yaşadığınız bir bölgəyə canınızı qurban verirsiz.

Doğma Ağstafasını dəstəkləyən, onun ağır günlərində yanında olan tamaşacılara “cox sağ olun” deyirəm.

Onların bu dəstəyi məndə gələcəyə inamla getdiyimizə inandırdı”.

SPORTİNFO.AZ

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla