AZ

Çin güclü tornado ilə üz-üzə: Ölənlər və yaralananlar var - Foto

ABŞ-dan sonra Çinin cənub-şərqindəki Quanqdonq əyalətində güclü tornado problem yaradıb.

Teleqraf.com "Sinxua" dövlət xəbər agentliyinin məlumatına əsasən xəbər verir ki, pis hava şəraiti nəticəsində 5 nəfər ölüb, daha 33 nəfər yaralanıb.

Tornado şənbə günü yerli vaxtla saat 15:00 radələrində Baiyun rayonunun Çunqluotanq qəsəbəsini vurub. Tornadonun baş verdiyi yerdən təxminən 2,8 kilometr aralıda yerləşən Liangtian kəndindəki meteoroloji stansiya saniyədə 20,6 metr maksimum küləyin əsməsini qeydə alıb.

Mütəxəssislərin ilkin hesablamalarına görə, tornado üçüncü intensivliyə malik olub və yerdə təxminən bir kilometr qət edib.

Yerli vaxtla saat 22:00-a olan məlumata görə, faciə yerində axtarış-xilasetmə işləri əsasən başa çatıb.


Müəllif: Pərvin Cəfərova
Seçilən
171
50
Mənbələr
Şərh ()
Bağla