Birinci Liqa klubunda baş məşqçi istefası gerçəkləşib.
Söhbət "Araz Saatlı" komandasının çalışdırıcısı Rüfət Quliyevdən gedir.
O, "Karvan"a 2:4 hesablı məğlubiyyətdən sonra istefa qərarı verib.
Bölgə klubunun rəhbərliyi onun istəyinə müsbət qarşılıq verib.
Azərbaycan millisinin sabiq futbolçusu saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
"Araz Saat"lı mövsümə ardıcıl 4 məğlubiyyətlə başlamışdı.
Quliyev isə məhz bundan sonra, 5-ci turdan region komandasının başına gətirilmişdi.
Arxada qalan 23 turdan sonra aktivində 10 xalı olan Saatlı təmsilçisi 10 komanda arasında sonuncu pilləni tutur.
XANOĞLAN / SPORTİNFO.AZ