AZ

U-18 millimizin heyətində dəyişikliklər edildi

Bakıda təlim-məşq toplanışında olacaq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-18) heyətində dəyişikliklər edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sumqayıt”ın futbolçusu Elnur Cabbarlı zədələndiyi üçün onun yerinə “Araz Naxçıvan” komandasından Adıgözəl Əkbərov milliyə dəvət olunub.

“Sabah” klubundan isə Ramin Əvəzov və Emin Feyzullayev zədə, Əmir Əliyev oyunların sıxlığı səbəbindən toplanışda iştirak etməyəcəklər.

Qeyd edək ki, U-18 yığmamız aprelin 28-dən mayın 3-nə qədər “Dalğa” Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində bu futbolçular iştirak edəcəklər:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Teymur Həsənov – Qarabağ
  3. Aftandil Arıxov – Sumqayıt
  4. Həsən Vəliyev – Neftçi
  5. Ceyhun Ağazadə – Sumqayıt
  6. Raul Babayev – Qəbələ
  7. Cavid Məlikov – Qarabağ
  8. Murad Mustafayev – Neftçi
  9. Murad Əbilov – Qəbələ
  10. Həsən Mahmudov – Neftçi
  11. Amin Nəzərli – Səbail
  12. Şükür Cəfərli – Sumqayıt
  13. Raul Əliyev – Sumqayıt
  14. Ülvi Əliyev – Sumqayıt
  15. Nicat Quliyev – Turan Tovuz
  16. Adıgözəl Əkbərov – Araz Naxçıvan
  17. Murad Məmmədov – Neftçi
  18. Mehdi Mütəllimov – EFA
  19. Nazim Hüseynov – Araz Naxçıvan
  20. Nihat Orucəli – Sumqayıt
  21. Fariz Hüseynov – Səbail
  22. Toğrul Tapdıqlı – Sumqayıt
  23. Elgün İsaqov – Qarabağ
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla