AZ

Samir Abasov Xavi ilə görüşdü

Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov hazırda İspaniya nəhəngi “Barselona”da təcrübə keçir.

Arena.az xəbər verir ki, o, bu gün Kataloniya klubunun əsas komandasının məşqini izləyib.

Məşqdən sonra mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandeslə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste də iştirak edib.

Qeyd edək ki, bir neçə gündür “Barselona”nın düşərgəsində olan Samir Abasovun İspaniya səfəri sabah başa çatacaq.

Seçilən
41
7
Mənbələr
Şərh ()
Bağla