AZ

Zaxarova: Rusiya sərhəd-keçid məntəqələrindəki vəziyyəti həll etmək üçün tədbirlər görür

Rusiya sərhəd-keçid məntəqələrində vəziyyətin tez bir zamanda həlli üçün kompleks tədbirlər görür.

“İki sahil” xəbər verir ki, ​bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya Federasiyasının dövlət sərhədinin keçid məntəqələrində xarici vətəndaşlar tərəfindən pasport nəzarətindən keçməsi ilə bağlı şərhində deyilir.

“Terrorizmin qarşısının alınması tədbirlərini gücləndirmək üçün Rusiya hüquq-mühafizə orqanları ciddi şəkildə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində ölkəyə daxil olan əcnəbi vətəndaşların dövlət sərhədindən keçəndikləri zaman buraxılış məntəqələrində daha dəqiq yoxlamalar aparır. O cümlədən bir sıra hava limanlarında pasport nəzarətindən keçməkdə gecikmələr var”, - deyən M.Zaxarova əlavə edib ki, lazımi sənədləri olan əcnəbilərin Rusiya dövlət sərhədindən keçməsinə heç bir maneə yoxdur: “Eyni zamanda, nəzərə alın ki, Rusiya Federasiyasına girişə qadağa qoyulması üçün əsaslar siyahısında heç bir dəyişiklik edilməyib. Xarici vətəndaşların dövlət sərhədini keçməsinə heç bir əlavə maneə yoxdur, bu şərtlə ki, onlar bütün lazımi sənədlərə malik olsunlar”.

Zaxarova bildirib ki, Rusiya ərazisinə daxil olanların hərtərəfli yoxlanılması müvəqqətidir və milliyyətindən asılı olmayaraq aparılır: “Biz xüsusilə vurğulayırıq ki, bu cür addımlar müvəqqəti xarakter daşıyır və daxil olan şəxslərin vətəndaşlığından asılı olmayaraq atılır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla