AZ

Minlərlə israilli girovların azad edilməsi və yeni seçkilərin keçirilməsi üçün aksiya keçirib

İsraildə axşam saatlarında kütləvi etiraz nümayişlərinin yeni dalğası baş verib.

“İki sahil” xəbər verir ki, ​ən böyük aksiya Təl-Əvivdə hökumət binaları kompleksi yaxınlığında keçirilib.

Etirazçılar Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsinə nail olmaq üçün İsrail hakimiyyətindən fələstinli radikalların irəli sürdüyü razılaşmanın şərtləri ilə razılaşmağı tələb ediblər. Bundan əlavə, etirazçılar Benyamin Netanyahunun başçılıq etdiyi hazırkı hökuməti girov vəziyyətinə görə məsuliyyət daşıyaraq ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Oxşar etirazlar ölkənin digər şəhərlərində də keçirilib. Xüsusilə, “The Times of Israel”in yazdığına görə, Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinə yüzlərlə insan toplaşıb. Hayfada böyük nümayiş keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla