AZ

Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb - FOTO

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Babək prospektində qeydə alınıb.

Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq “KIA” markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn “KIA” markalı maşın çırpılıb.

Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb.

Qəza törədən sürücü xəsarət alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
20
18
Mənbələr
Şərh ()
Bağla