AZ

Zəngəzurda İran avtobusu aşdı: 4 ölü, 9 yaralı

Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında İrana məxsus avtobus qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, İrəvandan İrana qayıdan avtobusda 22 nəfər olub, hadisə zamanı 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölən və yaralananların hamısı iranlıdır

Qəza yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

Ermənistan DİN-in məlumatına görə, qəzada 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Seçilən
69
18
Mənbələr
Şərh ()
Bağla