AZ

"Neftçi" müraciət etdi, boykot edən azarkeşlər qərarını açıqladı

"Neftçi" klubu oyunları boykot edən azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz "Neftçi" azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!"

Bu müraciətdən az müddət sonra "Forza Neftçi" azarkeş qrupu bu bəyanatı yayıb:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.  

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib ,son zamanlar baş verənlərin və flaqmanın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

Qeyd edək ki, "ağ-qaralar"ın "Forza Neftçi" azarkeş qrupu klubun uğursuz nəticələrinə görə rəhbərliyin və baş məşqçinin dəyişilməsini tələb edir və bu səbəbdən ev və səfər oyunlarında "Neftçi"ni boykot edib.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla