AZ

PSJ-ni birdəfəlik tərk etdi

Uqo Ekitike artıq “Ayntraxt”a məxsusdu. Frankfurt klubu PSJ-dən icarəyə götürdüyü oyunçunu birdəfəlik alıb.

Almaniya və Fransa klublarının rəsmi saytının məlumatına görə, 21 yaşlı fransızla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Ekitike Almaniya klubuna qışda icarə əsasında qoşulmuşdu. O, “Ayntraxt”ın heyətində 12 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Uqonun 2021-22-ci illərdə Fransanın U-20 yığmasında çıxış etdiyini də bildirək.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla